İyulun 19-da Səudiyyə Ərəbistanının "Yatmış Şahzadə"si Əl-Valid bin Xalid bin Talal əl Səud 37 yaşında vəfat edib.
E-saglam.az xəbər verir ki, bu barədə "The Siasat Daily" məlumat yayıb.
Bildirilib ki, o, Londonda oxuyarkən avtomobil qəzası nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra iyirmi ildən çox komada qalıb.
Onun atası Şahzadə Xalid bin Talal bin Əbdüləziz oğlunun ölümünü sosial şəbəkədə elan edib.
Nəşrin qeyd edib ki, “Yatmış Şahzadə”nin hekayəsi uzun illər həm Səudiyyə Ərəbistanının özündə, həm də onun hüdudlarından kənarda rəğbət və diqqət çəkib. Ailəsinin yaxın insanın həyatını xilas etmək uğrunda mübarizəsi ümidin rəmzinə çevrilib.
publika.az