ABŞ-nin Kaliforniya ştatının sakini 26 yaşlı Naujae Dreyk həqiqətən unikal analıq rekorduna imza atıb.
E-saglam.az focus.ua-ya istinadən xəbər verir ki, onun dörd övladının hamısı eyni gündə - iyulun 7-də, lakin müxtəlif illərdə dünyaya gəlib.
Qəribədir ki, bütün uşaqların sağ ayaqlarında anadangəlmə ləkə var. Onlar müxtəlif yerlərdə yerləşir, lakin bu fakt hekayəyə daha çox sirr əlavə edir.
Sonuncu dəfə Dreyk 2024-cü ildə övlad dünyaya gətirib. Digər uşaqlar isə 2019, 2021 və 2022-ci illərdə anadan olublar.
Ana etiraf edib ki, belə təsadüfə hələ də inana bilmir.
Oxu.Az