Faydalı
4 min illik sirr: Bir qramını dadan
Faydalı
126

4 min illik sirr: Bir qramını dadan həkim üzü görmür

Dünyanın ən qədim ədviyyatlarından biri olan karri ürək xəstəliklərindən tutmuş xroniki xəstəliklərə qədər bir çox problemə qarşı faydalıdır.

E-saglam.az-ın məlumatına görə, tərkibindəki zəngin maddələr sayəsində şişkinliyi azaldır, qaraciyər funksiyasını yaxşılaşdırır və immuniteti gücləndirir.

Diyetoloq Nicole Hopsecger bildirir ki, karri sağlam pəhrizin bir hissəsi kimi, təzə meyvə, tərəvəz, tam taxıl və paxlalılarla birlikdə istifadə edildikdə daha çox fayda verir.

Karri toxumlarının üyüdülməsi orqanizmin C və E vitaminlərini daha yaxşı mənimsəməsinə kömək edir. Dəmir bədəndə oksigenin daşınmasını təmin edir, maqnezium isə əzələ-sinir funksiyasını qoruyur, qan şəkərini tənzimləyir. B vitaminləri isə maddələr mübadiləsi və beyin fəaliyyəti üçün vacibdir.

Qədim Mesopotamiyada məşhur olan karri 4 min ildən çox əvvəl Yaxın Şərq, Asiya, Avropa və Amerikaya yayılıb. Müəllif Gary Nabhan yazır ki, karri yeni mətbəxlərə asanlıqla uyğunlaşaraq yerli yeməklərin ayrılmaz hissəsinə çevrilir.

Araşdırmalar göstərib ki, gündə 3 qram karri tozu 3 ay ərzində xolesterini yaxşılaşdırır və kilo verməyə yardımçı olur. Limonla birlikdə istifadəsi isə bu təsiri daha da gücləndirə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun