Sağlam qalmaq və xəstəliklərə qarşı müqaviməti artırmaq üçün düzgün qidalanma əsas şərtdir.
E-saglam.az xəbər verir ki, Klivlend Klinikasının direktoru Dr. Michael Roizen 78 yaşında olsa da, bioloji yaşının 57 olduğunu deyir və bunu sadə həyat tərzi dəyişiklikləri ilə izah edir.
Onun tövsiyələrinə görə, uzunömürlülük üçün altı əsas qayda var: hərəkəti artırmaq, sağlam qidalanmaq, sosial əlaqələri gücləndirmək, beyni daim işlətmək, vitamin balansına diqqət etmək və qrip peyvəndini unutmaq.
Roizen xüsusilə 7 qidanı önə çəkir: zeytun yağı, qızılbalıq, alabalıq, tünd şokolad, göbələk, avokado və gül kələm. Bu qidaların ürək-damar sağlamlığını dəstəklədiyi, xərçəng riskini azaltdığı və ümumi ömrü uzatdığı elmi araşdırmalarla da təsdiqlənib.
Həkimin sözlərinə görə, kiçik dəyişikliklər belə insanı illərlə gənc saxlaya və sağlam həyat üçün böyük fərq yarada bilər.
Tərcümə: Könül Oruc