Tibbi xəbərlər
ABŞ-də MRT aparatı kişinin
Tibbi xəbərlər
118

ABŞ-də MRT aparatı kişinin ölümünə səbəb oldu

ABŞ-nin Nyu-York ştatının Uestberi şəhərində yerləşən tibb müəssisəsində bədbəxt hadisə baş verib.

E-saglam.az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.

Məlumata görə, maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçən şəxsin üzərində metal boyunbağı olub. Bu səbəbdən MRT aparatı boyunbağını özünə çəkib və nəticədə kişi ağır xəsarətlər alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun