Xəbərlər
Alimlər solaxayların həqiqətən daha yaradıcı
Xəbərlər
205

Alimlər solaxayların həqiqətən daha yaradıcı olub-olmadığını öyrəniblər

Solaxayların yaradıcı işlərdə daha uğurlu olduğu tez-tez səsləndirilən bir fikirdir. Lakin bu iddianın elmi əsasının olub-olmaması müzakirə mövzusu olaraq qalır.

E-saglam.az xəbər verir ki, məhz bu səbəbdən Kornell Universitetinin alimləri son 100 ildə aparılmış 17 müxtəlif tədqiqatın nəticələrini analiz edərək məsələyə aydınlıq gətirməyə çalışıblar.

Nəticələr “Psychonomic Bulletin and Review” jurnalında dərc olunub. Tədqiqatçılar bildiriblər ki, solaxaylar yaradıcı təfəkkür testlərində ümumilikdə daha yüksək nəticə göstərmirlər. Hətta bəzi hallarda sağaxaylar cüzi üstünlük nümayiş etdirirlər.

İştirakçıların peşə sahələrinə dair təhlil də maraqlı nəticələr ortaya çıxarıb. Musiqi və təsviri incəsənət kimi müəyyən sahələr istisna olmaqla, solaxaylar yaradıcı peşələrdə geniş şəkildə təmsil olunmur.

Tədqiqatın müəllifi, dosent Daniel Casasanto qeyd edib ki, solaxayların beyninin sağ yarımkürəsi – yaradıcılıqla əlaqələndirilən sahə – daha aktiv ola bilər. Lakin bu fakt onların yaradıcı qabiliyyətlərinə mütləq üstünlük qazandırmır.

Casasanto-nun fikrincə, solaxayların bəzi sahələrdə uğur qazanmaları ümumiləşdirilərək yanlış təsəvvür yaradıb. Bu fikir daha çox ictimai stereotiplərə və görkəmli bir neçə solaxay şəxsin nümunəsinə əsaslanır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun