Tibbi xəbərlər
Arıqlamaq üçün “mikro” məşq:
Tibbi xəbərlər
209

Arıqlamaq üçün “mikro” məşq: cəmi 30 saniyə çəkir

Ənənəvi “gündə 10.000 addım” qaydası bir çox insana əlçatmaz görünsə də, mütəxəssislər bildirirlər ki, 10-30 saniyəlik qısa, amma tez-tez edilən gəzintilər də arıqlamaq və sağlam qalmaq üçün kifayət edə bilər.

E-saglam.az xəbər verir ki, mikro-gəzintilər – ofisdə bir az gəzmək, pilləkən qalxmaq və ya gün ərzində bir neçə dəfə yerinizdən qalxmaq – maddələr mübadiləsini aktivləşdirir, enerjini artırır və daha çox kalori yandırmağa kömək edir.

Tədqiqatlar göstərir ki, qısa, lakin tez-tez hərəkət edənlər daha uzun, amma nadir gəzənlərə nisbətən 60 faizədək daha çox enerji sərf edirlər. Yeməkdən sonra atılan qısa addımlar isə həzmi yaxşılaşdırır və qan şəkərini tənzimləyir.

Mütəxəssislər qeyd edir ki, hətta hər saatda 5 dəqiqəlik yüngül hərəkət qan dövranını gücləndirə, əhvalı yaxşılaşdıra və stressi azalda bilər.

Bundan əlavə, yeni araşdırmalara əsasən, gündə sadəcə 7000 addım belə ürək-damar xəstəlikləri və demans riskini əhəmiyyətli dərəcədə azaldır.

Məşq qorxulu olmaq məcburiyyətində deyil. Sağlamlığa doğru ilk addım — bəzən sadəcə 30 saniyəlik bir hərəkət ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun