Diyetoloq Karina Tolentino hipoqlikemiya zamanı faydalı olan meyvə və qidaların adını çəkib.
E-saglam.az xəbər verir ki, aşağı qan şəkəri halsızlıq, başgicəllənmə, əsmə və ürəkdöyünməsinin sürətlənməsi kimi əlamətlərlə özünü göstərə bilər. Belə hallarda orqanizmə tez təsir edən karbohidratlarla zəngin qidalar qəbul etmək vacibdir.
Banan – Bir orta ölçülü bananda 25 qram karbohidrat, o cümlədən 18 qram təbii şəkər var. Az lifli olduğu üçün tez həzm olunur və şəkəri sürətlə qaldıra bilir.
Ananas – Yüksək glisemik indeksə (82) malikdir. Bir stəkan ananas tikəsində 22 qram karbohidrat var və bu, onu hipoqlikemiya üçün təsirli qida edir.
Xurma – Bir ədəd xurmada 18 qram karbohidrat var. Tərkibindəki qlükoza və fruktoza sayəsində qanda şəkəri tez yüksəldə bilər.
Üzüm – Yarım stəkan üzüm 15 qram karbohidrat ehtiva edir. Tez həzm olunur və şəkərin kəskin düşməsində effektivdir.
Alma püresi – Şəkərsiz alma püresinin yarım stəkanında təxminən 15 qram karbohidrat var. Həzm üçün asandır və ürəkbulanma zamanı da istifadə edilə bilər.
Qarpız – Kiçik bir porsiyasında 11,5 qram karbohidrat var. Su ilə zəngin olması səbəbilə həm şəkəri, həm də susuzluğu tənzimləməyə kömək edir.
Mütəxəssislər qan şəkərini stabil saxlamaq üçün karbohidratların protein və yağlarla birlikdə qəbul edilməsini tövsiyə edir. Bundan əlavə, su içmək və qazlı, şəkərli içkilərdən uzaq durmaq vacibdir.
Tərcümə: Könül Oruc