Xəbərlər
Bakıda yeni metro stansiyaları tikiləcək -
Xəbərlər
213

Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

E-saglam.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bununla bağlı Türkiyənin “Yüksel Proje” şirkəti ilə milyonlarla manat dəyərində müqavilə bağlayıb.

Müqavilədə Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyaları üçün tunellərin və stansiyaların tikintisinin, Yaşıl və Qırmızı xətlərin ayrılması və eləcə də “İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının tikintisi layihələndirilməsi üzrə işlərinin satınalınması nəzərdə tutulur.

“Bakı Metropoliteni”nin tikinti layihələndirilməsi ilə bağlı “Yüksel Proje” şirkəti ilə bağladığı müqavilənin dəyəri 35 milyon 400 min manat müəyyənləşib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun