Xəstəliklər
Banan təzyiqi salmağa kömək edir - Kardioloq
Xəstəliklər
307

Banan təzyiqi salmağa kömək edir - Kardioloq

Banan yemək yüksək təzyiqi sabitləməyə təsir edir.

E-saglam.az xəbər verir ki, həkim kardioloq Brittani Dan gündəlik rasiona banan daxil edilməsinin arterial təzyiqə yaxşı təsir etdiyini açıqlayıb.

Bu meyvədə çoxlu elektrolitlər - kaliy və maqniy var. Sutka ərzində normal miqdarda elektrolit orqanizmə daxil olduqda, maye və qan miqdarı balansı qorunur.

Bu da təzyiqi normal saxlamağa kömək edir. Əgər təzyiq xəstələri gündə 2 ədəd banan yesə, təzyiqi bir neçə rəqəm aşağı düşər.

Bir bananda 422 mq kaliy var. Bu isə sutkalıq normanın 20%-dir.

Amma bananla yanaşı çox duz, duzlu qida qəbul etmək əksinə təzyiqi qaldırır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun