Banan yeməzdən əvvəl çoxumuzun atladığı vacib bir mərhələ var ki, bu, sağlamlıq baxımından ciddi nəticələr doğura bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir: bananı yeməzdən əvvəl onu mütləq yuyun.
Niyə bananı yumaq vacibdir?
İnsanların əksəriyyəti bananı qabığını soyaraq yedikləri üçün onun üzərindəki kirlərin əhəmiyyətini azaldır. Ancaq bu, yanlış yanaşmadır. Qabığın üzərində toplanmış kir, bakteriya, pestisid qalıqları və digər çirkləndiricilər əllər vasitəsilə ağıza keçə və nəticədə bədənə daxil ola bilər.
Mütəxəssis xəbərdarlığı
Beynəlxalq Qida İnformasiya Şurasının Qida Texnologiyaları üzrə eksperti Tamika Sims bu prosesi “qida gigiyenasında ən yaxşı təcrübə” kimi qiymətləndirərək deyir:
“Qabığını soyacağınız meyvələri də mütləq axar su ilə yumaq lazımdır. Bu, zərərli maddələrin yayılmasının qarşısını alır.”
Zəhərlənmə və risklər
Yuyulmadan istehlak edilən meyvə və tərəvəzlər Salmonella, E. coli, Listeria kimi bakteriyaların yaratdığı qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda, pestisid və kimyəvi maddə qalıqları da uzunmüddətli sağlamlıq problemlərinə – xərçəng, hipertoniya, diabet, autizm və demans kimi xəstəliklərə yol aça bilər.
Xüsusilə bu qruplar diqqətli olmalıdır:
-
5 yaşa qədər uşaqlar
-
65 yaşdan yuxarı şəxslər
-
Hamilə qadınlar
-
İmmuniteti zəif olan insanlar
Bananın düzgün yuyulma qaydası:
-
Bananı axar suyun altında 30 saniyə saxlayın.
-
Əllə üzərindəki görünən kirləri yumşaq şəkildə təmizləyin.
-
Sabun və ya yuyucu vasitələrin istifadəsindən çəkinin.
-
Alternativ olaraq, 1 hissə ağ sirkə və 4 hissə sudan ibarət qarışığı sprey edin, sonra axar su ilə durulayıb qurulayın.
Tərcümə: Könül Oruc