Tibbi xəbərlər
Baş və boyun xərçənginə niyə
Tibbi xəbərlər
242

Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?

Baş və boyun xərçəngləri bəzən gec və ya yanlış diaqnoz edilir. Mütəxəssislər bu vəziyyəti bir neçə əsas səbəblə izah edir: simptomların səhv qiymətləndirilməsi, biopsiyaya qarşı olan qorxular, psixoloji inkar və diaqnostik infrastruktur çatışmazlıqları.

E-saglam.az xəbər verir ki, ən böyük problemlərdən biri, xərçəng əlamətlərinin (ağız yaraları, səs dəyişiklikləri, udma çətinliyi) ümumi infeksiya kimi qəbul edilməsidir. Xəstələr və bəzən həkimlər bu simptomları bakterial və ya göbələk mənşəli problemlərlə qarışdıraraq vaxt itirirlər.

Bundan başqa, bəzi xəstələr biopsiyadan qorxur və ya nəticələri qəbul etmək istəmədikləri üçün müayinədən qaçırlar. Eyni zamanda, kiçik şəhərlərdə endoskopiya və laringoskopiya kimi xüsusi müayinələrə çıxış məhduddur. Biopsiya nümunələrinin uyğun laboratoriyalara gec göndərilməsi də diaqnozu ləngidir.

Mütəxəssislər vurğulayırlar ki, erkən diaqnoz həyat keyfiyyətini və sağ qalma şansını artırır. Xərçəng dəriyə, limfa düyünlərinə və ya sümüyə yayılmadan aşkarlanarsa, daha yüngül və estetik cəhətdən üstün müalicələrlə nəticə əldə etmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun