Xəbərlər
Bill Qeytsin dəstəyi ilə
Xəbərlər
84

Bill Qeytsin dəstəyi ilə “havadan kərə yağı” istehsal olunur

Bill Qeytsin “Breakthrough Energy Ventures” fondu tərəfindən dəstəklənən “Savor” adlı ABŞ startapı kənd təsərrüfatı məhsulları və heyvan yağı istifadə etmədən, havadakı karbon qazından mikroorqanizmlər vasitəsilə kərə yağına alternativ yağ istehsal edir.

E-saglam.az xəbər verir ki, bu texnologiya karbon qazı ilə qidalanan bakteriya və maya hüceyrələrinin fermentasiyası ilə həyata keçirilir. Proses nə torpaq, nə bitki, nə də heyvan resurslarına ehtiyac duymur və ekoloji cəhətdən daha təmizdir. Yağ yüksək kalorilidir (100 qramda təxminən 900 kkal), lakin xolesterinsizdir, pestisid və toksin izləri yoxdur. Hal-hazırda dadı neytral, teksturası isə klassik kərə yağına bənzəyir.

Hazırda məhsul pilot mərhələdədir və 2025-ci ildən məhdud sayda satışa çıxarılması planlaşdırılır. Kütləvi istehsal isə 2026-2027-ci illərdə gözlənilir. Mütəxəssislər bu texnologiyanın emal olunmuş qida sənayesində heyvan və palma yağına alternativ ola biləcəyini bildirirlər, lakin metabolik təsirləri ilə bağlı uzunmüddətli araşdırmalar hələ aparılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun