Britaniyanın "Metropoles" xəbər portalı yazır ki, ölkə sakini Qaret Beyli bir həftə ərzində davam edən baş ağrılarına əhəmiyyət verməyib və nəticədə iflic olub.
E-saglam.az xəbər verir ki, Beyli baş ağrısını yaşadığı stressli dövrlə əlaqələndirib və ağrı dözülməz hal alana, gündəlik fəaliyyətinə mane olana qədər ciddi qəbul etməyib. Lakin bir gün iş yerində huşunu itirən Beyli təcili şəkildə xəstəxanaya çatdırılıb.
Həkimlər ona insult diaqnozu qoyublar. Nəticədə Beyli iflic olub və “kilidli sindrom” deyilən vəziyyətlə qarşılaşıb – yəni huşu yerində olsa da, bədənini hərəkət etdirə bilmir.
Hazırda o, reabilitasiya məqsədilə qocalar evində qalır. Ailəsinin və həkimlərin dəstəyi ilə yaxın zamanda evə qayıtmağı planlaşdırır.
Bu hadisə bir daha sübut edir ki, davamlı baş ağrılarını kiçik və keçici bir narahatlıq kimi qəbul etmək böyük səhv ola bilər. Belə simptomlar bəzən həyat üçün təhlükəli halların xəbərçisi ola bilər.
Tərcümə: Könül Oruc