Xəbərlər
Bu 3 cihazı elektrik yuvasından ayırmadan
Xəbərlər
137

Bu 3 cihazı elektrik yuvasından ayırmadan evdən ÇIXMAYIN

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havaların kəskin isti keçəcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, xüsusilə Mərkəzi Aran və cənub bölgələrində temperaturun 40 dərəcəyə çatacağı gözlənilir. Belə isti günlərdə evdə sərin qalmaq daha da çətinləşir. Mütəxəssislər isə bildirirlər ki, bir çox insan bu istiliklə mübarizədə əsas maneənin evlərindəki bəzi elektrik qurğuları olduğunu bilmir.

İsti hava dalğası güclənmədən, cümə gününə qədər bəzi qurğuların elektrik yuvasından çıxarmaq həm evi sərin saxlayar, həm də elektrik xərclərinə qənaət edər. Mütəxəssislər xüsusilə aşağıdakı 3 qurğudan istifadənin azaldılmasını tövsiyə edir:

1. Halogen lampalar

Bu lampalar işıqla yanaşı xeyli istilik də yayır. Xüsusilə mətbəx və sanitar qovşaqlarda istifadə edilən halogen lampalar otaq temperaturunu artırır. Onları LED lampalarla əvəzləmək sərinlik və enerji qənaəti baxımından faydalıdır.

2. Televizorlar

Uzun müddət işləyən televizorlar, xüsusilə kiçik otaqlarda havanı qızdırır. İsti günlərdə günorta saatlarında televizordan istifadəni məhdudlaşdırmaq tövsiyə olunur.

3. Oyun konsolları və komputerlər

Oyun konsolları və güclü kompüterlər yüksək enerji sərf edir və xeyli istilik yayır. Onları gün ərzində işlətməmək, istifadə edilmədikdə isə ştepselini çıxarmaq məsləhətdir.

Mətbəx avadanlıqlarına da diqqət yetirin

Ocaq, qaz plitəsi və qabyuyan maşın kimi qurğular da evin istiliyini artırır. Bu cihazlardan daha çox gecə saatlarında istifadə olunması tövsiyə edilir.

Bu sadə tədbirlər isti günlərdə həm rahatlığınızı təmin edər, həm də enerji sərfiyyatını azaldar.

News24.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun