Xəstəliklər
Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb
Xəstəliklər
292

Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb

“Bu il 16 mindən çox şəxs meymunçiçəyi (mpox ) virusuna yoluxub, nəticədə 575 nəfər ölüb”.

E-saglam.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

ÜST rəhbəri əlavə edib ki, qlobal mpox epidemiyasının başladığı 2022-ci ildən bəri dünyada 100 mindən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub və bu rəqəm artmaqda davam edir:

“Virus bütün dünyada aşağı səviyyədə yayılır, lakin Afrika regionu xəstəliyin görünməmiş böyüməsi və coğrafi genişlənməsi ilə üzləşib virusun ötürülməsi hal-hazırda Konqo Demokratik Respublikasında (DRC) daha çoxdur. Belə ki, 2024-cü ildə yoluxma hallarının 90%-ni bu ölkədə qeydə alınıb”.

Tərcümə: Report.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun