Tibbi xəbərlər
Bu xəstəxana direktorlarının ölkədən çıxışına
Tibbi xəbərlər
617

Bu xəstəxana direktorlarının ölkədən çıxışına "STOP" qoyula bilər

Azərbaycanda məşhur xəstəxana direktorlarının ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

E-saglam.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Şirvan, Şəki, Şabran və Saatlı rayonlardakı mərkəzi xəstəxanaların dövlətə külli miqdarda vergi borcu yaranıb. 

Vergi borcu olan xəstəxanalar:

1. Şəki Rayon Mərkəzi Xəstəxanası (direktor Məcid Əliyev) - 121.522,49 AZN (11 saylı Ərazi Vergilər Baş İdarəsi);

2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası (direktor Pərviz Rüstəmbəyov) - 94.574,87 AZN (5 saylı Ərazi Vergilər İdarəsi); 
  
3. Şabran Rayon Mərkəzi Xəstəxanası (direktor Səxavət Cəbrayılov) - 70.248,64 AZN (3 saylı Ərazi Vergilər İdarəsi);

4. Saatlı Rayon Mərkəzi Xəstəxanası (direktor Pərvin Məmmədov) - 23.074,04 AZN (5 saylı Ərazi Vergilər İdarəsi).

Sözügedən xəstəxana direktorlarına borcların ödənilməsi ilə bağlı vaxt verilib və əks halda, məhkəmənin qərarı ilə onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun