Xəbərlər
"Colgate" diş pastasının satışı bu ölkədə DAYANDIRILDI:
Xəbərlər
227

"Colgate" diş pastasının satışı bu ölkədə DAYANDIRILDI: 19 nəfərə əks təsir göstərib

Argentina hökuməti Colgate markasına məxsus "Total Active Prevention Clean Mint" adlı diş pastasının istifadəsini qadağan edib.

E-saglam.az xəbər verir ki, qərar, bir neçə nəfərdə ağız boşluğunda qıcıqlanma, iltihab, xora, şişlik və yanma kimi şikayətlərin artmasından sonra verilib.

Dərmanların, Qida və Tibbi Texnologiyaların Keyfiyyətinə Nəzarət üzrə Milli Agentlik (ANMAT) tərəfindən verilən açıqlamada, bu məhsulla bağlı artıq 19 nəfərin sağlamlıq problemi yaşadığı bildirilib.

Rəsmilər vətəndaşları bu pastadan istifadə etdikdən sonra hər hansı xoşagəlməz hal müşahidə etdikləri təqdirdə, dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır. Məhsulun təhlükəsizliyi ilə bağlı araşdırmalar davam edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun