Tibbi xəbərlər
Davamlı karamel qoxusu hiss edirdi,
Tibbi xəbərlər
229

Davamlı karamel qoxusu hiss edirdi, ölümcül xəstəlik aşkarlandı

Daimi karamel qoxusu britaniyalı kişidə beyin xərçənginin əlaməti olub.

E-saglam.az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazır.

Balıq dükanının sahibi, 57 yaşlı Kosta Fantisə heç bir aydın simptom olmasa da, beyin xərçənginin aqressiv forması - IV mərhələ qlioblastoma diaqnozu qoyulub.

Kostanın səhhətində yeganə xəbərdarlıq əlaməti qoxu hissində qeyri-adi dəyişiklik olub. O, davamlı şəkildə şirin karamel qoxusu hiss etməyə başlayıb.

Ailəsi isə bu vəziyyətə ciddi yanaşmayıb və bunu onun gənclikdən bəri keçirdiyi epileptik tutmalarla əlaqələndirib.

Lakin aparılan müayinələr və biopsiyadan sonra həkimlər xəstədə beyin xərçənginin ən aqressiv və ölümcül formasının olduğunu müəyyənləşdiriblər. Təəssüf ki, bu şiş növü üçün effektiv müalicə üsulu yoxdur.

Buna baxmayaraq, Fantisin ailəsi təslim olmur. Onlar xaricdə alternativ və innovativ müalicə üsulları axtarırlar və hazırda Almaniyada onun ömrünü uzada biləcək bahalı əməliyyat üçün vəsait toplamağa çalışırlar.

oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun