Tibbi xəbərlər
Deputata məxsus olduğu deyilən şirkət 6 ayda
Tibbi xəbərlər
130

Deputata məxsus olduğu deyilən şirkət 6 ayda 68 milyonluq sifariş alıb

Tibb sektorunda fəaliyyət göstərən “Azəri Med” şirkəti növbəti iri məbləğli tenderin qalibi seçilib.

E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, bu dəfəki tenderi İnnovasiya və Təchizat Mərkəzi keçirib. 

Mərkəz “Azeri Med”dən tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz və tibbi inventarlar almağı planlaşdırır. 

Bunun üçün şirkətə 755 418,23 manat ödəniləcək. 

“Azəri Med” bu tenderlə cari ilin 6 ayında qalib seçildiyi satınalma müsabiqələrinin sayını 27-ə çatdırıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 68 390 810,30 manatdır. 

Şirkətin vaxtaşırı dövlət satınalmalarında qalib elan edilməsi onun sahibi ilə əlaqədardır.

 Mediada gedən məlumatlara görə, “Azəri Med”in sahibi deputat Kamaləddin Qafarovdur. 

"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur. 

Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Bu iddialar indiyədək təkzib olunmayıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun