Missisipi Universitetində aparılan yeni araşdırma darçının tərkibindəki sinnamaldehid maddəsinin bəzi dərmanların təsirini zəiflədə biləcəyini üzə çıxarıb.
E-saglam.az xəbər verir ki, alimlərin bildirdiyinə görə, bu maddə dərmanların bədəndə daha sürətli parçalanmasına səbəb olaraq onların effektivliyini azalda bilər.
Xüsusilə diabet, hipertoniya, artrit, HİV və ya xərçəng xəstələri üçün bu risk daha yüksəkdir. Mütəxəssislər dərman qəbul edən şəxslərə darçın əlavələrindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir.
Tədqiqatda vurğulanır ki, əsasən supermarketlərdə satılan Çin darçını kumarin adlı maddə baxımından daha risklidir və qan durulaşdırıcı dərmanlarla təhlükəli qarşılıqlı təsirə səbəb ola bilər. Əsl (seylan) darçın isə nisbətən daha təhlükəsiz sayılır.
Alimlər bu mövzuda əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.