Tibbi xəbərlər
Dişlərinizin rəngi xəstəliyinizdən
Tibbi xəbərlər
75

Dişlərinizin rəngi xəstəliyinizdən xəbər verir

Diş rəngindəki dəyişiklik sadəcə estetik məsələ deyil, bəzən ciddi xəstəliklərin xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, ağız və diş sağlamlığı mütəxəssisi Allen Zhang diş rənglərinin hansı xəstəliklərlə bağlı ola biləcəyini izah edib.

Dişlər həm görünüş, həm də ümumi sağlamlıq üçün vacibdir. Çay və qəhvə kimi içkilər dişləri saralda bilər, amma bəzi hallarda rəng dəyişikliyi daha ciddi problemlərə işarə edir. Zhang-ın sözlərinə görə, ağız içi kamera kimi sadə cihazlarla bu dəyişikliklər erkən mərhələdə aşkar edilə bilər.

Sarı dişlər

Çox vaxt çay və qəhvədən qaynaqlanır. Amma bəzi hallarda qaraciyər xəstəliyinin də əlaməti ola bilər. Qaraciyər düzgün işləmədikdə bilirubin adlı sarı piqment bədəndə yığılır və dişlərin saralmasına səbəb olur.

Boz dişlər

Travmadan sonra dişin “öldüyünü” göstərə bilər. Həmçinin çölyak xəstəliyi kimi sistemli xəstəliklərlə də əlaqələndirilir. Bu halda diş zədəsi qalıcı olur və yalnız estetik müdaxilələrlə düzəldilə bilər.

Qəhvəyi ləkələr

Diş çürüməsinin erkən əlaməti ola bilər. Amma qəhvəyi zolaqlar flüorozdan qaynaqlanır – bu, uşaqlıq dövründə artıq flüor qəbulundan yaranır.

Boz və ağ çiziklər

Uşaqlıqda istifadə olunan bəzi antibiotiklər dişlərdə boz və ya mavi rəngli zolaqlar yarada bilər.

Ağ ləkələr

İnsanlar ağ dişləri sağlamlıqla əlaqələndirsə də, ağ ləkələr əksinə, erkən çürümənin xəbərçisi ola bilər.

Qara ləkələr

Çox vaxt inkişaf etmiş çürümənin nəticəsidir. Bəzən diş pulpasının öldüyünü göstərir. Həmçinin ağır metallara məruz qalma səbəbindən də yarana bilər.

Minalı dişlərdə nizamsız ləkələr

Genetik xəstəliklər, məsələn, amelogenez imperfekta, diş minasını zəiflədir və dişlərin daha tez zədələnməsinə gətirib çıxarır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun