Yaşadığınız yer ürək çatışmazlığı riskinizi artıra bilər.
E-saglam.az xəbər verir ki, ABŞ-nin Tulane Universitetinin alimləri belə qənaətə gəliblər.
Heart Failure jurnalında dərc olunan yeni araşdırmaya görə, bar və ya fast food restoranının yanında yaşamaq ürəyiniz üçün pisdir.
Müəlliflər 500.000 böyüklərin sağlamlıq məlumatlarını tədqiq ediblər. 12 illik təqib müddətində təxminən 13.000 iştirakçıda ürək çatışmazlığı aşkar edilib.
Sonrakı təhlillər göstərdi ki, ərazidə çoxlu sayda hazırlanmış yemək məntəqələri, eləcə də yaşayış binalarına yaxın yerləşməsi xəstələnmə ehtimalını 16% artırıb.
Pab və barların yaxınlığında yaşamaq riski 14% artırır.
Tərcümə: Könül Oruc