Psixologiya
Evliliklərin dağılmasına səbəb olan
Psixologiya
305

Evliliklərin dağılmasına səbəb olan 7 ümumi səhv - Çox adam bilmədən edir

Evliliyin uğurlu olması təkcə sevgi ilə məhdudlaşmır.

E-saglam.az xəbər verir ki, bəzi ümumi səhvlər münasibətə ciddi ziyan vura bilər:

Dostluqdan uzaqlaşmaq – Yoldaşınızla yalnız romantik deyil, dostluq münasibəti də qurun. Gülmək, zarafat etmək və bir-birinizin yanında rahat olmaq vacibdir.

Sosial təzyiqlə evlənmək – Ailə və cəmiyyətin təzyiqi ilə evlənmək uzunmüddətli xoşbəxtliyə zəmanət vermir. Doğru insanla sevgi əsasında evlilik qurmaq önəmlidir.

Həddindən artıq sahiblənmək – Partnyorunuza güvənməmək və onu daim nəzarətdə saxlamaq münasibəti gərginləşdirir. Münasibətdə azadlıq və inam əsasdır.

Ünsiyyət boşluğu – Problemləri gizlətmək və ya danışmamaq münasibəti zəiflədir. Səmimi ünsiyyət, narahatlıqları və arzuları bölüşmək əlaqəni gücləndirir.

Bir-birinizi qiymətləndirməmək – Günlük rutinlər arasında partnyorunuzu dəyərli hiss etdirməyi unutmayın. Kiçik təşəkkürlər və diqqət jestləri münasibəti canlı saxlayır.

Özünüzə qayğı göstərməmək – Yalnız partnyorunuzu deyil, öz xoşbəxtliyinizi də düşünün. Hobbilərinizə və şəxsi inkişafınıza vaxt ayırmaq münasibətə müsbət təsir edər.

Romantikanı unutmaq – Kiçik sürprizlər, sevgi dolu mesajlar və diqqət jestləri münasibətinizi təravətli saxlayacaq.

Bu səhvlərdən çəkinərək, daha möhkəm və sevgi dolu bir evlilik qurmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun