Xəbərlər
Gəncədə bir ailənin dörd uşağı dəm qazından zəhərləndi
Xəbərlər
513

Gəncədə bir ailənin dörd uşağı dəm qazından zəhərləndi

Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən evlərin birində zəhərlənmə faktı qeydə alınıb.

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir ailənin dörd üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bunlar 2015-ci il təvəllüdlü Zəhra Qasımova, 2016-cı il təvəllüdlü Həsən Qasımov, 2011-ci il təvəllüdlü Məryam Qasımova və onun adaşı olan əmisi qızı 2010-cu il təvəllüdlü Məryam Qasımovadır.

Məlumata görə, onların hamısı dəm qazından zəhərlənib. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun