Qidalanma
Həkim: Acqarına qəhvə içmək
Qidalanma
106

Həkim: Acqarına qəhvə içmək təhlükəlidir

Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin cərrahı və müəllimi Aleksandr Umnov acqarına qəhvə içməyin ciddi risklər yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, qəhvə beyin fəaliyyətini stimullaşdırsa da, bu, əsəbilik, narahatlıq və yuxusuzluqla nəticələnə bilər. Yüksək təzyiqi olan şəxslərə isə ümumiyyətlə qəhvədən uzaq durmaq tövsiyə olunur.

Umnov deyib ki, səhərlər orqanizmin qana ən çox ehtiyacı olduğu vaxtdır və ilk içilən şey qəhvə deyil, su olmalıdır. Əks halda, qan qatılığı səbəbindən sağlamlıq problemləri yarana bilər.

Həkim həmçinin acı və turş içkilərin acqarına zərərli olduğunu, qəhvənin qastrit, həzm pozuntuları və xoşagəlməz nəticələrə səbəb ola biləcəyini qeyd edib. Ləzzət qatılmış qəhvələrdəki sintetik maddələr isə allergiya və qaşınma riskini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun