Endokrinoloq və dietoloq Aleksey Kalinçev hazır əriştə istehlakından sonra baş verən ölüm hadisəsinin səbəbini açıqlayıb.
E-saglam.az xəbər verir ki, o, aif.ru-ya müsahibəsində bu məhsulun potensial risklərindən danışıb.
Həkim bildirib ki, hazır əriştələrin tərkibində insan sağlamlığına birbaşa zərər verəcək maddələr yoxdur. Lakin məhsulu bişirmədən, quru halda yemək təhlükəlidir. “Quru əriştə bağırsaq boşluğunda mexaniki tıxanma yarada bilər və bu, ölümcül nəticə ilə bitə bilər”, – deyə Kalinçev xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, eyni təhlükə bişirilməmiş makaron və ya digər quru taxıl məhsullarına da aiddir. Çünki maye olmadan qəbul edilən bu qidalar mədədə və bağırsaqda şişərək tıxanma yaradır.
Tərcümə: Könül Oruc