Tibbi xəbərlər
Həkimlər yeddi yaşlı uşaqdan
Tibbi xəbərlər
108

Həkimlər yeddi yaşlı uşaqdan 142 ədəd uzun qurd çıxardılar

Meksikada həkimlər uşağın bədənində uzunluğu 10 ilə 27 santimetr arasında dəyişən yüzdən çox qurd aşkar ediblər.

E-saglam.az xəbər verir ki, bu barədə “La Republica” nəşri məlumat yayıb.

Yeddi yaşlı uşaq bir neçə gündür dayanmayan mədə ağrısı və qusma ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın orqanizmində 142 parazit aşkar edib və onlar təcili olaraq çıxarılıb.

Meksikada qurdlara yoluxma riskinin ən yüksək həddən artıq yoxsulluq bölgələrində olduğu vurğulanır. Oradan uşaq tibb müəssisəsinə aparılıb. O, əməliyyatdan uğurla sağalıb və həkim Abelina Qomez isə yerli sakinləri parazitlərə yoluxma riskini minimuma endirmək üçün gigiyenaya diqqətlə riayət etməyə çağırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun