Sağlamlıq
Həm stressi azaldır, həm də sağlamlığı
Sağlamlıq
147

Həm stressi azaldır, həm də sağlamlığı dəstəkləyir

Sauna yalnız rahatlama vasitəsi deyil, həm də sağlamlıq üçün faydalı bir üsuldur. Saunada 10-20 dəqiqəlik seanslar düzgün şəraitdə tətbiq edildikdə əzələ və oynaq ağrılarını azaldır, dərman ehtiyacını azalda bilər.

E-saglam.az xəbər verir ki, isti və quru hava qan dövranını artırır, toksinlərin atılmasına, məsamələrin açılmasına və əzələlərin rahatlamasına kömək edir. Araşdırmalara görə, sauna hipertoniya, ürək-damar xəstəlikləri, artrit, astma və yuxusuzluq kimi problemlərdə faydalıdır.

Faydaları maksimum dərəcədə əldə etmək üçün sauna temperaturu 80-100°C arasında, rütubət isə 10-20% olmalıdır. Uşaqlar və yaşlılar üçün bu göstəricilər daha aşağı saxlanmalıdır. Saunada 10-20 dəqiqədən çox qalmaq, spirtli içki qəbul etdikdən sonra istifadə isə təhlükəli sayılır.

 

Hamilə qadınlar da hər hansı problem yoxdursa, qısa və nəzarətli şəkildə saunadan istifadə edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun