Hazır qidalar, qəlyanaltılar, şirin içkilər – gündəlik rahatlığımız üçün seçdiyimiz bu məhsullar düşündüyümüzdən qat-qat təhlükəlidir.
E-saglam.az xəbər verir ki, San Paulo Universitetinin apardığı və 240 min nəfəri əhatə edən geniş miqyaslı analiz göstərib ki, ultra emal olunmuş qidaların istehlakında cəmi 10% artım belə, vaxtından əvvəl ölüm riskini 3% yüksəldir.
Professor Carlos Augusto Monteironun rəhbərlik etdiyi araşdırmada vurğulanır ki, bu qidaların tərkibində demək olar ki, heç bir real qida yoxdur. Onlar kimyəvi qatqılar, dadlandırıcılar və sintetik maddələrlə hazırlanır, məqsəd isə sadədir: daha çox aludəçilik, daha uzun rəf ömrü, daha çox satış.
Təhlükə təkcə erkən ölüm deyil. Bu qidalar:
-
Anksiyete riskini 53%
-
Piylənmə riskini 55%
-
Diabet riskini 40%
-
Yuxu pozğunluqlarını 41%
-
Depressiya və erkən ölüm ehtimalını isə 20% artırır
Tədqiqatçılar bildirirlər ki, bu risklərə düşmək üçün gün ərzində sadəcə bir porsiya çox yemək kifayətdir. ABŞ nümunəsində olduğu kimi, bu nisbət sıfıra endirilsəydi, təkcə bir ildə yüz minlərlə insanın həyatı xilas edilə bilərdi.
Qısacası, ağzınıza atacağınız hər bir krakerin, çipsin və ya hazır yeməyin arxasında görünməyən, amma real təhlükə gizlənir.
Tərcümə: Könül Oruc