Qidalanma
Hərtərəfli "superqida": Lif, antioksidanlar və
Qidalanma
89

Hərtərəfli "superqida": Lif, antioksidanlar və vitaminlər anbarı

Sağlam həyat tərzinin ayrılmaz hissəsinə çevrilən qulançar təkcə ləzzətli dadı ilə deyil, zəngin qida dəyəri ilə də diqqət çəkir.

E-saglam.az bildirir ki, lif, antioksidant və vitaminlərlə dolu olan bu tərəvəz bədəni həm daxildən, həm də ümumi sağlamlıq baxımından gücləndirir – immun sistemini möhkəmləndirir, həzmi tənzimləyir və reproduktiv sağlamlığı dəstəkləyir.

Az kalorili, yüksək lifli

Qulançarın hər fincanında cəmi 27 kaloritəxminən 3 qram pəhriz lifi var. Bu da onu arıqlamaq istəyənlər üçün ideal edir. Lif toxluq hissini artırır, artıq yeməyin qarşısını alır və bağırsaqların hərəkətini tənzimləyir. Mütəxəssislər onu qaynadılmış yumurta və ya qızardılmış tofu ilə birlikdə yeməyi tövsiyə edirlər.

Təbii sidikqovucu təsir

Qulançar diuretik xüsusiyyətə malikdir, yəni bədəndəki artıq maye və duzun atılmasına kömək edir. Bu təsir həm də sidik yollarını təmizləyərək UTİ (sidik yolları infeksiyası) riskini azalda bilər.

Antioksidantlarla zəngin

Xüsusilə bənövşəyi növlərindəki antosiyaninlər sayəsində qulançar güclü antioksidant təsirə malikdir. Oksidləşdirici stressi azaldır, immun sistemini gücləndirir və ürək xəstəliyi ilə bəzi xərçəng növlərinə qarşı qoruyucu rol oynayır.

E vitamini ilə hüceyrə qorunması

Qulançarda E vitamini var ki, bu da hüceyrələri sərbəst radikallardan qoruyur. E vitamininin orqanizmdə daha yaxşı mənimsənilməsi üçün qulançarı zeytun yağı kimi sağlam yağlarla birlikdə istehlak etmək tövsiyə olunur.

Reproduktiv sağlamlığa dəstək

Təbii birləşmə olan protodioscin hormon balansını qoruyur və cinsi funksiyaların yaxşılaşmasına kömək edə bilər. Bu səbəbdən qulançar həm qadın, həm də kişi sağlamlığı üçün faydalı hesab olunur.

Bağırsaq florasını gücləndirir

Qulançar prebiyotik xüsusiyyətli inulin maddəsi ilə bağırsaqlarda faydalı bakteriyaların artmasına şərait yaradır. Bu da qəbizlik və şişkinlik kimi həzm problemlərini yüngülləşdirməyə yardım edir.

Folat mənbəyidir

B9 vitamini (folat) ilə zəngin olan qulançar hüceyrə böyüməsini və DNT sintezini dəstəkləyir. Hamiləlik zamanı dölün beyin və onurğa beyni inkişafında mühüm rol oynayır.

Sümük sağlamlığını qoruyur

Bir fincan qulançar K vitamini baxımından olduqca zəngindir. Bu vitamin sümük sıxlığını artırır və osteoporoz riskini azaltmağa kömək edir – xüsusilə yaşlı insanlar üçün əhəmiyyətlidir.

Əhval-ruhiyyəni yaxşılaşdırır

Qulançar serotonindopamin istehsalında rol oynayan fol turşusu ilə zəngindir. Bu xüsusiyyət ona psixoloji sağlamlıq baxımından da əhəmiyyətli yer qazandırır. Tədqiqatlar folat çatışmazlığı ilə depressiya arasında əlaqə olduğunu göstərir.

Necə istehlak etməli?

Qulançarı buxarda, qrildə, qızardaraq və ya şorbalarda istifadə etmək mümkündür. Vitamin itkisinin qarşısını almaq üçün yüngül bişirmə üsullarısağlam yağlarla birlikdə istehlak tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun