Tibbi xəbərlər
Həzm problemlərinin qarşısını almaq üçün
Tibbi xəbərlər
112

Həzm problemlərinin qarşısını almaq üçün həkimdən effektiv sadə üsul

Bir çox insan yeməkdən sonra həzm problemi yaşayır.

E-saglam.az xəbər verir ki, diyetoloq Blanca Garcia Orea, "El Economista"ya verdiyi müsahibədə, narahatlığın qarşısını almağa kömək edəcək sadə bir üsul təklif etdi. 

Diyetoloq izah etdi ki, mineral su qazı aradan qaldırmağa, həzmi yaxşılaşdırmağa və şişkinliyi azaltmağa kömək edə bilər: "Mineral su qidaların həzmində əsas rol oynayan xlorid turşusunun ifrazını stimullaşdırır".

Həkim mədə-bağırsaq traktının problemlərinin qarşısını almaq üçün yeməkdən əvvəl bu içkidən kiçik bir stəkan içməyə çağırdı. Eyni zamanda, mütəxəssis vurğuladı ki, daha çox mineral su içsəniz, əksinə, qazın əmələ gəlməsi və şişkinliyiniz yalnız artacaq".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun