Tibbi xəbərlər
Hipovitaminoz nədir və niyə vitaminlərə ehtiyacımız var?
Tibbi xəbərlər
13

Hipovitaminoz nədir və niyə vitaminlərə ehtiyacımız var?

Mütəxəssislər xəbərdarlıq edirlər: vitamin çatışmazlığı, xüsusilə də soyuq aylarda, bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir. Bu vəziyyətə tibb dilində hipovitaminoz deyilir.

E-saglam.az xəbər verir ki, hHəkimlər bildirirlər ki, hipovitaminoz – orqanizmdə bir və ya bir neçə vitaminin yetərsiz olması halıdır. Bu, yorğunluq, halsızlıq, dəridə quruluq, saç tökülməsi, diqqət pozğunluğu və tez-tez xəstələnmə kimi əlamətlərlə özünü göstərir.

Terapevtlərə görə, xüsusilə A, B, C, D və E vitaminlərinin çatışmazlığı insan orqanizminin immun sistemini zəiflədir, enerji səviyyəsini aşağı salır və bərpa proseslərini ləngidir.

Əsas səbəblər arasında balanssız qidalanma, mövsümi qida çatışmazlığı, stress, uzunmüddətli dərman qəbulu və xroniki xəstəliklər dayanır.

Mütəxəssislər nə tövsiyə edir?

Həkimlərin tövsiyəsinə görə, hipovitaminozun qarşısını almaq üçün təbii və müxtəlif qidalarla zəngin pəhrizə üstünlük verilməlidir. Gündəlik menyuda meyvə, tərəvəz, süd məhsulları, balıq və tam taxıllı qidalar yer almalıdır. Eyni zamanda, lazım gəldikdə həkim məsləhəti ilə əlavə vitamin kompleksləri də qəbul edilə bilər.

Unutmayın: vitamin çatışmazlığı zamanında aşkarlanmazsa, bu, gələcəkdə daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun