Kardioloq Aurelio Rojas bildirib ki, qida rasionunuza bir məhsul daxil etsəniz, infarkt riskini 46 faiz azalda bilərsiniz.
E-saglam.az xəbər verir ki, o, bunu Vanitatis-ə müsahibəsində açıqlayıb.
İnfarktın qarşısını almaq üçün Rojas insanları həftədə üç dəfə qoz yeməyə çağırıb. Fakt budur ki, qozun tərkibində omeqa-3 yağ turşuları, lif və antioksidanlar kimi çoxlu sayda faydalı maddələr var.
Həkim izah etdi ki, qozun müntəzəm istehlakı insanın damarlarının fəaliyyətini yaxşılaşdırır, lipid profilini normallaşdırır, bütövlükdə ürək-damar sistemini gücləndirir. Bundan əlavə, bu məhsul yaddaşı yaxşılaşdırır və beyni qoruyur.
Mütəxəssis sonda əlavə edib ki, əgər insan qoz-fındıqları sevmirsə, onu oxşar təsirə malik çia toxumu ilə əvəz etmək olar.
Tərcümə: Könül Oruc