Qidalanma
İstidə pivə qəlyanaltıları zəhər saçır:
Qidalanma
280

İstidə pivə qəlyanaltıları zəhər saçır: Hansılardan uzaq durmalıyıq?

İsti yay günlərində bəzi pivə qəlyanaltıları sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, Rosbiotech Universitetinin diyetologiya kafedrasının dosenti Anastasiya Lebedeva bu barədə "Lenta.ru"ya danışıb.

Onun sözlərinə görə, isti hava patogen bakteriyaların sürətlə çoxalması üçün ideal şərait yaradır. Xüsusilə hisə verilmiş ətlər, kolbasa və şaşlıq kimi məhsullar düzgün saxlanmadıqda salmonella və stafilokokk kimi zərərli bakteriyalarla çirklənə bilər. Eyni təhlükə qurudulmuş balıq, karides və kalmar kimi dəniz məhsulları üçün də keçərlidir. Onlar yüksək zülal və nəmlik səbəbindən tez xarab olur, bu da zəhərlənmə və allergik reaksiyalarla nəticələnə bilər.

Diyetoloq həmçinin duzlu qəlyanaltılar – çips, kraker və qoz-fındıq kimi məhsullara da diqqət yetirilməli olduğunu bildirib. Belə qidalar çoxlu miqdarda pivə ilə birlikdə qəbul edildikdə böyrəklərə və qaraciyərə ciddi yük salır, istidə isə daha güclü susuzluğa səbəb ola bilər.

Lebedeva, mavi pendir növləri və yumşaq pendirlər (Camembert, Brie və s.) barədə də xəbərdarlıq edib. Onlar da isti havada listeriya və digər bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.

Mayonezli salatlara da ehtiyatla yanaşmaq tövsiyə olunur. Bu cür salatlar yüksək temperaturda cəmi 30-40 dəqiqəyə oksidləşərək toksin mənbəyinə çevrilə bilər.

Diyetoloqun tövsiyəsi:

Təhlükəsiz alternativlərə üstünlük verin – təzə tərəvəzlər, duzsuz qoz-fındıq və bişmiş ət məhsulları daha yaxşı seçimdir. Məhsulun yararlılıq müddətinə və qablaşdırmanın sağlamlığına diqqət yetirin. Tez xarab olan qidaları 1-2 saatdan artıq isti mühitdə saxlamayın.

Lebedeva sonda xəbərdarlıq edib ki, hətta tanış qəlyanaltılar belə isti havalarda təhlükəli ola bilər, buna görə də təzə və düzgün saxlanmış məhsullara üstünlük verilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun