Sağlamlıq
Kofeinsiz qəhvənin sağlamlıq üçün
Sağlamlıq
139

Kofeinsiz qəhvənin sağlamlıq üçün ciddi təhlükəsi açıqlandı

Endokrinoloq Alessia Roenelt aif.ru saytına verdiyi müsahibədə kofeinsiz qəhvənin istehsalı zamanı istifadə olunan kimyəvi maddələrin sağlamlıq üçün ciddi risklər daşıdığını bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kofeinsizləşdirmə prosesi zamanı paxladan kofeini çıxarmaq üçün metilen xlorid və etil asetat kimi həlledicilərdən istifadə olunur. Xüsusilə metilen xlorid təhlükəli hesab olunur, çünki bu maddənin qaraciyər, ağciyər, döş, beyin xərçəngi və leykemiya riskini artırdığı elmi tədqiqatlarla sübut olunub.

Etil asetat daha az zərərli sayılır və müəyyən dozada təhlükəsizdir. Lakin həddindən artıq qəbul olunduqda həzm sistemində qıcıqlanma və sinir sistemində depressiya yarada bilər.

Həkim qeyd edir ki, müntəzəm olaraq kofeinsiz qəhvə istehlak edənlər onun tərkibini və istehsal üsulunu diqqətlə araşdırmalı, daha təbii və kimyəvi həlledicisiz üsullarla hazırlanmış variantlara üstünlük verməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun