Qidalanma
“Körpələri atıb-tutmaq, silkələmək beynini zədələyə bilər" - Baş pediatr
Qidalanma
255

“Körpələri atıb-tutmaq, silkələmək beynini zədələyə bilər" - Baş pediatr

“Bir çox insanların düşündüyünün əksinə olaraq qatılaşdırılmış südün ana südünü artırmağa təsiri yoxdur, əksinə ziyandır”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş pediatr Erkin Rəhimov bildirib. Onun sözlərinə görə, südün artması üçün ilk olaraq ana psixoloji olaraq rahat olmalıdır, bol-bol maye içməlidir:

Həkim deyib ki, uşaq 21-ci gününə qədər rahat yatırsa, sonra narahat yatırsa demək problem köp ola bilər:

“Bu zaman ana qidasına müəyyən qədər diqqət edə bilər. 1 aydan 3,5 aya qədər uşaqlarda köplə bağlı ağlamaq, narahatlıq ola bilər. Uşaqlarda nevroloji inkişaf pillələri var. Uşaqlar bir-birindən fərqlidir. Bəzən də uşağı silkələyirlər, uşağın beyni balacadır, ətrafı da sudur.

Ani silkələnmə beynin zədələnməsinə səbəb ola bilər. Xüsusilə 6 aya qədər qətiyyən olmaz. Körpələri atıb-tutmaq, silkələmək olmaz. Eyni zamanda, uşaqlarda sarılıq olur bəzən və 2 həftədən artıq davam edir. Əgər 2 həftədən artıq davam edirsə, əgər başqa diaqnozla hər hansı problem görülmürsə, bu, gec ana südü sarılığı ola bilər. Bu, bəzən 3-4, bəzən hətta 6 aya qədər davam edə bilər. Yenə də süd verilməlidir, südün verdiyi fayda çox üstündür”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun