Tibbi xəbərlər
"Kral xəstəliyi" nədir? -
Tibbi xəbərlər
119

"Kral xəstəliyi" nədir? - Vacib məlumatlar

Mütəxəssislər hemofiliya – xalq arasında "kral xəstəliyi" kimi tanınan qan laxtalanma pozuntusu ilə bağlı vacib əlamətlər barədə məlumat veriblər.

E-saglam.az xəbər verir ki, pediatr və ümumi praktikant Anastasiya Qoltsman RİA Novosti-yə açıqlamasında bu xəstəliyin simptomlarına diqqət yetirməyin vacibliyini vurğulayıb.

Hemofiliyanın ilk əlamətləri: qəribə qançırlar və qanaxmalar

Həkimin sözlərinə görə, A və B tipli hemofiliyanı yalnız laborator diaqnostika vasitəsilə ayırmaq mümkündür. Lakin hər iki tip üçün ümumi əlamətlər mövcuddur: qəribə və səbəbsiz qançırlar, burun qanaxmaları, diş ətindən qan gəlməsixırda zədələrdən sonra belə qanaxmanın uzun müddət dayanmaması.

Xəstəliyin ağırlığı fərqli ola bilər

Qoltsman izah edir ki, hemofiliyanın ağırlığı orqanizmdə laxtalanma faktorunun miqdarından asılıdır. Bu faktor az olduqda, daxili qanaxmalar da daxil olmaqla həyati təhlükəli halların yaranma riski artır. Belə qanaxmalar bəzən yalnız qusma və ya nəcisdə qan aşkarlandıqda müəyyən edilir.

Gec diaqnoz təhlükəlidir

Həkim xəbərdarlıq edir ki, xəstəlik uzun müddət gizli şəkildə inkişaf edə bilər və bəzən ancaq əməliyyat və ya zədədən sonra baş verən güclü qanaxma ilə özünü göstərir. Bu səbəbdən gözlənilməz qanaxmalar və ya yuxarıda qeyd olunan əlamətlər müşahidə olunduqda, terapevt və ya pediatra müraciət, genetik müayinəDNT testi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun