Xəbərlər
Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancdı -
Xəbərlər
242

Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancdı - Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə.Heydərovu ilan sancıb.

E-saglam.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.

Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir:

"Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun