Tibbi xəbərlər
Metroda istilik vurması riski
Tibbi xəbərlər
230

Metroda istilik vurması riski yüksəkdir - Həkimdən xəbərdarlıq

Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Ambulator terapiya kafedrasının dosenti, tibb elmləri namizədi Dmitri Karpenko metroda yayı istisinin sağlamlıq üçün ciddi risklər daşıdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, xüsusilə havasız vaqonlarda və zəif ventilyasiya şəraitində yaranan təhlükələr barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, qapalı və isti məkanda bədən temperaturu sürətlə artır, bu isə istilik vurması riskini yüksəldir. Bu vəziyyət xüsusilə ürək-damar sistemi xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Yüksək temperatur ürəyə əlavə yük salır, bu da təzyiqin artması, angina tutmaları və hətta infarkt kimi ağır nəticələrə səbəb ola bilər.

Bundan başqa, hava çatışmazlığı və güclü tərləmə nəticəsində orqanizm sürətlə maye itirir. Bu, dehidrasiyayaelektrolit balansının pozulmasına gətirib çıxarır. Şəkərli diabet xəstələrinin qan şəkəri səviyyəsi kəskin dəyişə, xroniki xəstəliyi olanların ümumi vəziyyəti isə daha da ağırlaşa bilər.

Karpenko bu risklərin qarşısını almaq üçün isti havalarda kifayət qədər su içməyi, təbii, açıq rəngli və yüngül paltarlar geyinməyi, həmçinin nəm salfetlər, termal su spreylərimini ventilyatorlar kimi soyuducu vasitələrdən istifadə etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun