Qocalıqda müntəzəm musiqi dərsləri yaddaşı və beyni yaşla bağlı dəyişikliklərdən qorumağa kömək edir.
E-saglam.az "Imaging Neuroscience" dərgisinə istinadən xəbər verir ki, Yaponiyanın Kioto Universitetinin alimləri belə nəticəyə gəliblər.
Təcrübədə təxminən 70 yaşlı insanlar iştirak ediblər. Beləliklə, məlum olub ki, üç il davamlı musiqi təhsili alan və musiqi alətindən istifadə etməyi mənimsəyən yaşlı adamlar öz həmyaşıdlarından daha yaxşı hafizəyə malikdirlər.
Alimlər həmçinin müəyyən ediblər ki, musiqi alətində ifa etmək beyindəki boz maddənin azalmasının qarşısını alır. Boz maddə onurğalıların və insanların mərkəzi sinir sisteminin əsas komponentidir. Bu maddə impulsların ötürülməsində və məlumatların işlənməsindən məsul olan neyronları tənzimləyir.
Oxu.az