Qidalanma
Mütəxəssis xəbərdarlıq etdi: yayda bu qidalar
Qidalanma
212

Mütəxəssis xəbərdarlıq etdi: yayda bu qidalar bakteriya yuvasına çevrilir

Yay aylarında havaların istiləşməsi ilə birlikdə açıq havada vaxt keçirmək, pikniklər və küçə yeməkləri daha populyar olur. Lakin mütəxəssislər xəbərdarlıq edir: bəzi məhsullar düzgün saxlanmadıqda sağlamlıq üçün ciddi risk daşıyır.

E-saglam.az xəbər verir ki, xüsusilə toyuq, yumurta, kolbasa, sosiska, süd məhsulları, dondurma, yaş tort, kahı və mayonezli yeməklər kimi qidalar — məsələn, “kumpir” — isti havada bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Bu isə qida zəhərlənmələrinə səbəb ola bilər.

Həkimlər xəbərdarlıq edir ki, bu məhsullar açıq havada və ya yüksək temperaturda uzun müddət saxlanmamalı, mümkün qədər tez istehlak olunmalı və hazırlanma zamanı gigiyenaya xüsusi diqqət göstərilməlidir.

Prof. Dr. Əbubəkr Şənatəş bildirir ki, yaz aylarında xüsusilə yaşıl yarpaqlı tərəvəzlər zəhərlənməyə səbəb olan maddələrin mənbəyi ola bilər. Onun sözlərinə görə, havanın temperaturu 30-35 dərəcəni keçərsə, bu tip məhsullar 1 saatdan artıq açıqda saxlanmamalıdır. Ət hazırlanarkən əllər ən azı 2 dəqiqə su və sabunla yuyulmalı, ət və salat üçün fərqli bıçaq və qab-qacaq istifadə olunmalıdır.

Əgər çiy ət istehlak ediləcəksə, mütləq 72 dərəcədə qızdırılmalıdır. Çöldə yeyiləcək toyuq əti və yumurta da müvafiq olaraq 70-72 dərəcəyə qədər bişirilməlidir. Mayonezli salatlar isə soyuducuda saxlanmalı və servisə qədər soyuq şəraitdə qalmalıdır.

Professor qeyd edir ki, dondurma satışında da ciddi gigiyena qaydalarına əməl olunmalıdır. Dondurma verən şəxs mütləq əlcək taxmalı və əlcək heç bir halda konus və ya qabla təmasda olmamalıdır. Gecə saatlarında soyuducuların temperaturu lazımi səviyyədə olmadıqda, dondurmanın ətrafında bakteriyalar arta bilər.

Qida zəhərlənmələrinin əsas əlamətləri — ürəkbulanma, ishal və halsızlıq — davam edərsə, dərhal tibbi yardım alınması tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun