Alimlər müəyyən ediblər ki, öpüşmə zamanı depressiya və narahatlıq ər-arvad arasında ağız mikrobiomu vasitəsilə ötürülə bilər.
E-saglam.az xəbər verir ki, onların tapıntıları "Exploratory Research and Hypothesis in Medicine" jurnalında dərc olunub.
Ağız mikrobiomu, bağırsaq mikrobiomu kimi, fiziki və psixi sağlamlıqda mühüm rol oynayır. Əvvəlki tədqiqatlar onun pozğunluqlarını autizm, demans, Parkinson xəstəliyi, şizofreniya, narahatlıq və depressiya ilə əlaqələndirdi.
Yeni təcrübədə 268 yeni evlənən cütlük iştirak edib, onlardan biri narahatlıq, depressiya və yuxusuzluqdan əziyyət çəkirdi. Altı aydan sonra sağlam tərəfdaşların yuxu keyfiyyəti pisləşdi, kortizol səviyyəsi artdı (stress hormonu) və ağızdakı bakteriyaların tərkibi dəyişərək xəstə həyat yoldaşının mikrobiomuna yaxınlaşdı. Üstəlik, qadınlarda xüsusilə nəzərəçarpacaq dəyişikliklər müşahidə edildi.
Müəlliflər mikrobiota transferinin cütlərdə psixi vəziyyətlərin sinxronizasiyasını izah edə biləcəyini təklif edirlər. Lakin bu əlaqənin səbəb olub-olmadığı hələ aydın deyil.
Tərcümə: Könül Oruc