Xəstəliklər
Nazirlik: “Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə edilmir”
Xəstəliklər
159

Nazirlik: “Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə edilmir”

“Azərbaycanda koronavirusa yoluxan ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir”.

E-saglam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Nazirlik rəsmisi bunu ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsi ilə əlaqələndirib: “Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun