Faydalı
Nə süd, nə ayran, nə də kefir! Tərkibində 22 dəfə çox kalsium olan
Faydalı
492

Nə süd, nə ayran, nə də kefir! Tərkibində 22 dəfə çox kalsium olan ən sağlam içki açıqlandı

Süd, ayran və kefir ənənəvi kalsium mənbələri kimi tanınsa da, yeni araşdırmalar bu fikri dəyişə bilər.

E-saglam.az xəbər verir ki, ənənəvi Asiya təbabətində əsrlərdir istifadə olunan qara tut yarpağı çayı – Morus nigra – tərkibindəki yüksək kalsium miqdarı ilə diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, bu bitki çayının tərkibində bir stəkan südlə müqayisədə 22 dəfə çox kalsium var.

Sümük sağlamlığı üçün nadir bitki

İspaniya, Yaponiya və digər Asiya ölkələrində geniş şəkildə istifadə olunan qara tut yarpağı çayı yalnız xalq təbabətində deyil, elmi tədqiqatlarda da təsdiqini tapıb. Yaponiya Səhiyyə Nazirliyinin araşdırmalarına əsasən, bu çay osteoporozun qarşısının alınmasında süd məhsullarından daha təsirli ola bilər.

Təkcə kalsium deyil – sağlamlıq üçün tam bir dəstək

Qara tut yarpağı çayı yalnız kalsiumla zəngin deyil, eyni zamanda orqanizmə çoxsaylı faydalar təqdim edir:

  • Qan şəkərini tarazlayır

  • İmmuniteti gücləndirir

  • Güclü antioksidant təsiri ilə hüceyrələri qoruyur

  • Ürək-damar sisteminə dəstək olur

  • İltihab əleyhinə təsir göstərir

Bu səbəbdən qara tut çayı yalnız sümük sağlamlığı üçün deyil, ümumi orqanizmin möhkəmləndirilməsi üçün də tövsiyə olunur.

Necə hazırlanır?

Qara tut yarpağı çayını ev şəraitində hazırlamaq olduqca asandır. Bunun üçün:

  • 1–2 xörək qaşığı qurudulmuş qara tut yarpağı

  • Yarım litr qaynar su

Yarpaqları qaynar suya əlavə edin, 5–10 dəqiqə dəmləyin və süzün. İsti və ya soyuq şəkildə, şəkərsiz içmək məsləhətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun