Danimarkanın dərman nəhəngi "Novo Nordisk A/S" dünya üzrə 9 min iş yerini ixtisar edəcəyini açıqlayıb.
E-saglam.az xəbər verir ki, bu addımın şirkətin qlobal işçi qüvvəsinin 11%-nə təsir edəcəyini bildirilir. Belə ki, ixtisarların 5 min nəfəri yalnız Danimarkadakı əməkdaşları əhatə edəcək.
Şirkət bu tədbirlə 2026-cı ilin sonuna qədər 8 milyard Danimarka kronu (təxminən 1,3 milyard ABŞ dolları) həcmində qənaət əldə etməyi planlaşdırır.
Eyni zamanda, "Novo Nordisk" bu il artıq üçüncü dəfə mənfəət proqnozunu aşağı salıb. Şirkət son dövrlər fəaliyyət göstəricilərindəki enişlə mübarizə aparmağa çalışır.
Bu qərar qlobal səhiyyə sektorunda ən sürətli böyüyən şirkətlərdən biri olan "Novo Nordisk"in qarşılaşdığı çətinlikləri nümayiş etdirir. İxtisarların bazar payına və istehsal hədəflərinə necə təsir edəcəyi isə yaxın aylarda daha aydın olacaq.
Valyuta.az