Xiyar sağlam tərəvəzlərdən biridir, lakin onun həddindən artıq istifadəsi mədə-bağırsaq traktında şişkinlik yarada bilər.
E-saglam xəbər verir ki, bu barədə terapevt Sabina Şafikova RİA Novosti-yə açıqlama verib.
Həkim bildirib ki, xiyar az miqdarda lif ehtiva etdiyi üçün metabolizmi yaxşılaşdırır, qan xolesterinin səviyyəsini tənzimləyir və qan damarlarının vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda, bu tərəvəz C və K vitaminləri, həmçinin maqnezium və kalium kimi iz elementləri ilə zəngindir. Bu səbəbdən xiyar ürək-damar sisteminin sağlamlığını qorumağa kömək edir.
Şafikova vurğulayıb ki, xiyar sağlam olsa da, həddindən artıq istehlakı mədə-bağırsaqda şişkinliyə səbəb ola bilər, ona görə miqdara diqqət yetirmək vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az