Faydalı
Həkim ayaq qoxusuna səbəb olan
Faydalı
68

Həkim ayaq qoxusuna səbəb olan vərdişdən danışdı

Uzun müddət islanmış ayaqqabı geyinmək sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər və xoşagəlməz ayaq qoxusu yarada bilər.

E-saglam.az xəbər verir ki, bu barədə “SM-Klinika” Tibb Mərkəzinin pediatrı Aygül İsrafilova “Lenta.ru”ya açıqlama verib.

Həkimin sözlərinə görə, ayaqların nəm mühitdə qalması göbələk infeksiyalarının, xüsusilə də ayaq göbələyinin (mikoza) inkişafı üçün ideal şərait yaradır. Bu infeksiyalar qaşınma, qızartı, dəridə qabıqlanma və kəskin xoşagəlməz qoxu ilə müşayiət olunur.

Bundan əlavə, islanmış ayaqqabıda uzun müddət gəzmək ayaqların soyumasına gətirib çıxarır ki, bu da yerli immuniteti zəiflədir və orqanizmi soyuqdəymə və yuxarı tənəffüs yolları infeksiyalarına daha həssas edir. İsrafilovanın sözlərinə görə, belə hallarda xroniki xəstəliklər – artrit, artroz, revmatizm – də kəskinləşə bilər, çünki soyuq və nəm oynaqlarda iltihabi prosesləri gücləndirir.

Eyni zamanda, nəm ayaqqabı dərini yumşaldaraq onu sürtünməyə daha həssas edir. Bu isə qabar və yara əmələ gəlməsinə səbəb olur. Həkim xəbərdarlıq edib ki, belə yaralar yalnız ağrı ilə məhdudlaşmır, həm də infeksiyaların giriş qapısı rolunu oynaya bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun