Qidalanma
Dondurulmuş qidaların gizli təhlükələri:
Qidalanma
107

Dondurulmuş qidaların gizli təhlükələri: Sağlamlığa zərərli imiş

Müasir həyatın sürəti bir çox insanı dondurulmuş qidalara üstünlük verməyə vadar edir, lakin bu məhsulların tez-tez istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, dondurulmuş qidalar sürətli həyat tərzində vaxt qənaəti və uzunmüddətli saxlanma imkanı ilə üstünlük qazansa da, onların mütəmadi istifadəsi sağlamlıq üçün müəyyən risklər daşıya bilər.

Dondurulmuş qidaların zərərləri:

  1. Qida dəyərinin azalması – Meyvə və tərəvəzlər dondurularkən bəzi vitaminlər, xüsusilə C vitamini və B qrupu vitaminləri azala bilər.

  2. Kimyəvi maddələr – Hazır dondurulmuş məhsullar (pizza, kolbasa, şnitzel və s.) tez-tez konservantlar, rəngləndiricilər və dad artırıcı maddələr ehtiva edir.

  3. Yüksək duz və yağ miqdarı – Çox vaxt dondurulmuş yeməklərdə orqanizm üçün zərərli trans yağlar və həddindən artıq duz olur ki, bu da ürək-damar sağlamlığına mənfi təsir göstərir.

  4. Qida zəhərlənməsi riski – Dondurma və əridilmə prosesi düzgün aparılmadıqda bakteriyalar çoxalaraq sağlamlığa təhlükə yarada bilər.

Həzm sisteminə təsir – Tez-tez istifadəsi bağırsaq mikroflorasını zəiflədə, həzm prosesini poza bilər.

Qeyd edək ki, sağlamlıq baxımından təzə bişirilmiş və ya təzə məhsullara üstünlük vermək daha faydalıdır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun