Tibbi xəbərlər
Yeni dərman qaraciyər yağlanmasını
Tibbi xəbərlər
91

Yeni dərman qaraciyər yağlanmasını əməliyyatsız dayandıra bilər

Beynəlxalq alimlər qaraciyər yağlanmasının inkişafını cərrahi müdaxilə olmadan dayandıra biləcək yeni dərmanı sınaqdan keçiriblər.

E-saglam.az xəbər verir ki, The Lancet jurnalında dərc edilən araşdırmaya ABŞ və Puerto Rikodan 160 MASH (metabolik əlaqəli steatohepatit) və qaraciyər fibrozu diaqnozu qoyulmuş xəstə cəlb olunub.

ION224 adlı yeni preparat DGAT2 fermentini bloklayaraq qaraciyərdə yağ yataqlarının əmələ gəlməsinin qarşısını alır. Bu ferment həm də iltihab və hüceyrə zədələnməsi ilə əlaqələndirilir.

51 həftə davam edən sınaqlarda dərmanı qəbul edən xəstələrdə əhəmiyyətli irəliləyiş müşahidə olunub:

90 mq doza alanların 46%-i,

120 mq qəbul edənlərin isə 59%-i qaraciyər funksiyasında yaxşılaşma göstərib.

Müqayisə üçün, plasebo qrupunda bu göstərici cəmi 19% olub.

Ən diqqətçəkən məqam isə müsbət nəticələrin çəki itkisinə bağlı olmaması idi. Alimlər bu xüsusiyyətin dərmanı digər preparatlarla, məsələn, GLP-1 agentləri (Ozempic və b.) ilə kombinasiyada istifadə imkanı yaratdığını bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, alkoqolsuz steatohepatit qaraciyər sirrozunun və transplantasiyasının əsas səbəblərindən biridir. Yeni dərmanın istifadəsi gələcəkdə əməliyyatlara ehtiyacı azalda bilər.

Tərcümə:  Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun